Dünya Bankı: Azərbaycan 25 il ərzində öz regionunda ən böyük artım nümayiş etdirib
19-09-2017, 12:51. Разместил: heqiqet
Azərbaycan 25 il ərzində Avropa və Mərkəzi Asiya regionunda ən böyük artım nümayiş etdirib.Bunu Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə regional vitse-prezidenti Siril Müller Bakıda Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın 25 illiyinə həsr olunmuş mərasimdə deyib.
S.Müller qeyd edib ki, DB 1990-cı illərdə, ölkə üçün ən çətin vaxtlardan etibarən Azərbaycanla olub:
"Əməkdaşlıq dövrü ərzində Azərbaycan mənim kurasiyamda olan regionda ən böyük artım nümayiş etdirib. Bu müddət ərzində ölkədə yoxsulluğun səviyyəsi 10 faizdən aşağı düşüb".
Вернуться назад