DataLife Engine > iqtisadiyyat > Azərbaycanda daha 3 bankın lisenziyası ləğv edilə bilər - TƏHLİL

Azərbaycanda daha 3 bankın lisenziyası ləğv edilə bilər - TƏHLİL


14-07-2015, 11:13. Разместил: heqiqet Azərbaycanda daha 3 bankın lisenziyası ləğv edilə bilər - TƏHLİL İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, tanınmış iqtisadçı Vüqar Bayramov Azərbaycan Mərkəzin Bankının “Evro Bank” ASC-nin bank lisenziyasını ləvğ etməsi və "Azərbaycan Kredit Bankı" ilə bağlı qəbul etdiyi qərarları şərh edib.
Lent.az-ın məlumatına görə, “Evro Bank"ın fəaliyyətsiz bank olduğunu və onun lisenziyasının geri alınması ilə bağlı qərarın sadəcə formal xarakter daşıdığını bildirən Vüqar Bayramov deyib ki, sözügedən bank artıq xeyli müddətdir ən adi bank funksiyalarını belə yerinə yetirmirdi: "Bu bank həmçinin simvolik olaraq “müştərisiz bank” kimi tanınırdı. Razılaşaq ki, ölkədə olduqca az insan bu adda bankın olmasından xəbərdar idi. Ona görə də, burada sadəcə xeyli müddət öncə müflis olmuş bankın rəsmi olaraq bağlanmasından söhbət gedir".
İqtidaçının sözlərinə görə, "Azərbaycan Kredit Bankı"nın isə minimum məcmu kapital ilə bağlı öhdəliklərin yerinə yetirilməsində çətinlikləri olub: "Sözügedən bank minimum məcmu kapitalını ötən ilki 5,8 milyon manatdan bu ilin aprelinə, sonuncu rəsmi hesabatı yaydığı vaxtadək 49 milyon manata çatdırmasına baxmayaraq, hələ də Mərkəzi Bankın məlum tavanına əməl edə bilmirdi. Eyni zamanda bankın idarəedilməsində, xüsusən də risk menecmentində problemlərin olması da istisna edilmir. Buna görə də, Mərkəzi Bank bu bankın fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib".
Ekspert bildirib ki, bütövlükdə sözügedən qərar bank sektoruna ciddi təsir göstərməyəcək: "Söhbət marjinal təsirləri olan banklar ilə bağlı qəbul edilən qərardan gedir. Bununla yanaşı, ötən ilin payızında proqnozlaşdırıldığı üzrə, bütövlükdə 5 bank ilə bağlı oxşar qərarların qəbulu gözlənilir. Deməli, bu ilin 2-ci yarısı və gələn il əvvəllərində daha 3 bankın fəaliyyətinin məhdulaşdırılması ilə bağlı qərar qəbul ediləcəyi istisna deyil. Bank sektorundakı mövcud vəziyyəti nəzərə alaraq Mərkəzi Bankın banklarların konseldasiyasına çalışması və zəif bankların birləşdirilməsi prosesini stimullaşdırması daha məqsədəuyğun olardı”.

Вернуться назад