DataLife Engine > iqtisadiyyat > Stavropol Azərbaycana kənd təsərrüfatı məhsullarının tədarükünü artıra bilər

Stavropol Azərbaycana kənd təsərrüfatı məhsullarının tədarükünü artıra bilər


29-09-2017, 11:26. Разместил: heqiqet Stavropol Azərbaycana kənd təsərrüfatı məhsullarının tədarükünü artıra bilər Rusiyanın Stavropol diyarı Azərbaycana kənd təsərrüfatı məhsullarının tədarükünü iki dəfə - ildə 3-4 milyon tonadək artıra bilər.
Bunu Stavropol şəhərində keçirilən VIII Rusiya-Azərbaycan regionlararası forumunda Stavropol diyarının qubernatoru Vladimir Vladimirov deyib.
O, Azərbaycanla Stavropol diyarı arasında ticarət dövriyyəsinin ildə 130 milyon dollardan çox olduğunu və bunun artacağına əminliyini vurğulayıb.
Qubernatorun sözlərinə görə, diyarla Azərbaycan arasında əməkdaşlığın səmərəli sahələrindən biri turizmdir: “Biz turist axınının artırılmasına çalışırıq. 100 mindən çox Azərbaycan sakini Qafqazın mineral sularında istirahət edir, bu isə bütün turist axınının 6 faizinə bərabərdir”.

Вернуться назад