Sumqayıtda karbamid zavodunun tikintisi başa çatır
13-10-2017, 13:45. Разместил: heqiqet
Bunu karbamid zavodunun direktoru Xəyal Cəfərov Bakıda keçirilən Beynəlxalq Neft Sammitində çıxışı zamanı deyib.
O qeyd edib ki, mühəndislik işləri və avadanlıqların alınması 100 faiz, tikinti işləri 93,3 faiz və montaj işləri 88,5 faiz yekunlaşıb:
"Zavodun tikintisi üzrə bütün işlərin ilin sonunadək başa çatdırılması planlaşdırılır. Gələn ilin əvvəlində buraxılış-sazlama işlərinə başlanılacaq. İstehsala isə 2018-ci ilin birinci yarısında start veriləcək".
Вернуться назад