Azərbaycanda yeni Türkiyə bankları açılacaq
23-11-2017, 10:42. Разместил: heqiqet
Bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) “Ziraatbank Azərbaycan” ASC-nin baş direktoru Hüseyn Aydın deyib.
Onun sözlərinə görə, “Ziraatbank” Azərbaycanda filial şəbəkəsini genişləndirəcək: “Bu gün Azərbaycanda bankın 2 filialı fəaliyyət göstərir. Yaxın zamanlarda bankımızın daha üç filialı fəaliyyətə başlayacaq. Bununla da Azərbaycanda filiallarımızın sayı 5-ə çatdırılacaq. Filiallarımız həm Bakıda, həm də sənayenin genişləndiyi digər şəhərlərdə olacaq”.
Вернуться назад