DataLife Engine > iqtisadiyyat > Azərbaycana idxalın artım səbəbi açıqlanıb

Azərbaycana idxalın artım səbəbi açıqlanıb


19-01-2018, 15:57. Разместил: heqiqet Azərbaycana idxalın artım səbəbi açıqlanıb 2017-ci ildə idxalın artımı Azərbaycanda həyata keçirilən investisiya layihələri çərçivəsində tədarüklərlə bağlıdır.
Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev 2017-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
A.Əliyev vurğulayıb ki, son illərdə ölkədə bir sıra investisiya layihələri reallaşdırılır: "Bununla əlaqədar olaraq Azərbaycana avadanlıqlar, tikinti texnikası və materialları idxal olunub. İdxalın artımına da əsasən bu tədarüklər təsir göstərib".
DGK-nın məlumatına əsasən, ötən il ölkəyə 8,78 milyard manat dəyərində məhsullar idxal edilib ki, bu da 2016-cı ilin göstəricisini 2,9 faiz üstələyir.
Вернуться назад