DataLife Engine > iqtisadiyyat > Əhalinin gəlirləri 9,8 faiz artıb

Əhalinin gəlirləri 9,8 faiz artıb


23-04-2018, 11:23. Разместил: heqiqet Əhalinin gəlirləri 9,8 faiz artıb Yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,8 faiz artaraq 12533,3 milyon manat olub və ya əhalinin hər nəfərinə orta hesabla 1280,5 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildiriblər ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 11582,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövründəkindən 10,2 faiz çox vəsait qalıb.
Вернуться назад