Azərbaycanla ABŞ terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə məsələlərini müzakirə edib
26-04-2018, 10:13. Разместил: heqiqet
Palatadan verilən məlumata görə, səfər çərçivəsində qurumun Maliyyə Monitorinqi Xidmətinin direktoru Anar Salmanov və Bank Fəaliyyətinə Nəzarət Departamentinin direktoru İmran Məmmədov Beynəlxalq Valyuta Fondunun yaz görüşlərində, o cümlədən 18 aprel tarixində təşkil olunmuş “Qafqaz və Mərkəzi Asiya regionunda müxbir bank əlaqələrinin ləğv edilməsi” mövzusunda seminarında iştirak ediblər.
Bundan əlavə, səfər çərçivəsində Palatanın nümayəndələri tərəfindən ABŞ-ın Dövlət Departamenti, Xəzinədarlıq Departamenti və onun nəzdində fəaliyyət göstərən maliyyə kəşfiyyatı orqanı (FinCEN), Xarici Özəl İnvestisiyaları Korporasiyası və İxrac-İdxal Bankının yüksək rütbəli nümayəndələri ilə görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycanın maliyyə-bank sektorunda aparılan islahatlar və əldə olunmuş nailiyyətlər, ixtisaslaşdırılmış beynəlxalq maliyyə təşkilatları ilə bu istiqamətdə həyata keçirilən əməkdaşlıq layihələri, o cümlədən çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı məsələlər müzakirə edilib.
Вернуться назад