DataLife Engine > iqtisadiyyat > Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır

Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır


30-05-2018, 11:22. Разместил: heqiqet Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır.
Bu sözləri mayın 30-da Bakıda keçirilən XXV yubiley Beynəlxalq "Caspian Oil and Gas” konfransının "Dayanıqlı gələcəyin inkişafı üçün əsas faktorlar: konsepsiya və innovativlik” adlı plenar sessiyadakı çıxışnda Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə parlament nazirinin müavini Daisaku Hiraki deyib.
"Yaponiya şirkəti Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) və "Azəri-Çıraq-Günəşli” (AÇG) layihələrində səhmdardır. AÇG ilə bağlı yeni sazişin imzalanmsı və işlənmənin müddətinin 2050-ci ilədək uzadılması Yaponiyanın Xəzər regionu üzrə enerji strategiyası baxımından əhəmiyyət daşıyır. Bizin ölkə enerji təhlükəsizliyinin gücləndirilməsi və mənbələrin şaxələndirilməsində maraqlıdır. Yaponiyanın Xəzər regionu ilə yaxşı əlaqələr qurub və bu, geosiyasi əhəmiyyət daşıyır. Biz Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıyıq", - deyə o bildirib.
Вернуться назад