Azərbaycan şərabının ixracı 5 dəfə artıb
22-06-2018, 11:06. Разместил: heqiqet
Bu sözləri iyunun 22-də "XXI əsrdə yüksək effektli biotexnologiyanın şərabçılıq sahəsində tətbiqi" mövzusuna həsr olunmuş seminarda "Spult" şirkətinin meneceri, Şərabçılıq Assosiasiyasının icraçı direktoru İlham İdayətov deyib.
Şirkət təmsilçisi qeyd edib ki, Azərbaycan şərabının ixracı 5 dəfə artıb ki, bu da yaxşı göstəricidir.
Ümumilikdə isə ölkədə şərabçılıq sahəsində 38 müəssisə fəaliyyət göstərir. Onlardan 4-ü məhsullarını xaricə ixrac edir, 12-si isə daxili tələbatı ödəyir. Bu ilin əvvəlindən Azərbaycan 1 milyon dekalitr şərab istehsal edib.
Вернуться назад