DataLife Engine > iqtisadiyyat > Azərbaycanda elektrik enerjisi təminatı tam bərpa olunub

Azərbaycanda elektrik enerjisi təminatı tam bərpa olunub


4-07-2018, 10:33. Разместил: heqiqet Azərbaycanda elektrik enerjisi təminatı tam bərpa olunub "Azərenerji” ASC bütün ölkə ərazisində elektrik enerjisinin tam təmin olunması üçün bütün operativ tədbirləri həyata keçirib.
Buunu "Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.
Y.Babanlı bildirib ki, ölkədə elektrik enerjisi təminatı daxili istehsal hesabına artıq gecə saat 03:30-da tam təmin olunub.
ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri qeyd edib: "Hazırda ölkədə elektrik enerjisi təminatı stabildir. Son hadisə göstərdi ki, "Azərenerji”nin oxşar problemləri operativ şəkildə aradan qaldırmaq üçün texniki imkanları və peşəkar kadrları var".
Вернуться назад