Bioloji resurslara vurulan ziyana görə 42 min manata yaxın iddia qaldırılıb
5-07-2018, 10:22. Разместил: heqiqet
Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı qanun pozuntularına görə 63 akt və 79 protokol tərtib edilib. Tədbir görülməsi üçün 68 iş hüquq-mühafizə orqanlarına göndərilib.
Qanunu pozan şəxslərdən 35 üzmə vasitəsi, 11 ədəd asma qayıq mühərriki, 638 ədəd qanunsuz ov aləti tor və 1880 ədəd qarmaq, 2161 ədəd müxtəlif növ balıqlar, su bioresursu olan 1103 ədəd qurbağa və 1341 ədəd krevet götürülüb.
Bioloji resurslara vurulan ziyana görə 41932 manat məbləğində iddia qaldırılıb, 11500 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib.
Вернуться назад