DataLife Engine > iqtisadiyyat > Bayram yarmarkasının günləri və yeri açıqlandı

Bayram yarmarkasının günləri və yeri açıqlandı


10-12-2018, 13:19. Разместил: heqiqet Bayram yarmarkasının günləri və yeri açıqlandı Kənd Təsərrüfatı Nazirliyi yanında "Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin təşkil edəcəyi bayram yarmarkasının tarixi açıqlanıb.
"Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin mətbuat xidmətinin rəhbəri Mayis Musayevin sözlərinə görə, yarmarka dekabrın 21-30-da, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 154 ünvanında keçiriləcək.
"Yarmarkanı beş gün müddətində keçirməyi nəzərdə tutmuşduq. Ancaq istəyin çox olduğunu nəzərə alaraq yarmarkanın vaxtını uzatdıq”, - o qeyd edib.
Вернуться назад