Zəlzələdən zərərçəkənlərə sığorta ödənişləri yaxın zamanlarda veriləcək
8-02-2019, 13:04. Разместил: heqiqet
Bunu “AzSığorta” ASC-nin İdarə Heyətinin sədri Anar Talıbov deyib.
Onun sözlərinə görə, hazırda şirkətə müraciətlərin sayı 70-i keçib:
“Operativ cavablandırma üçün hadisə yerində qərargah yaradılıb. Hazırda vurulan ziyanın məbləği araşdırılır. Sığorta ödənişləri gələn həftədən verilməyə başlayacaq”.
A.Talıbov əlavə edib ki, hər sığorta halı üçün minimum sığorta ödənişi 1-1,5 min manat, maksimum məbləğ 30 min manat təşkil edəcək.
Вернуться назад