Beynəlxalq Maliyyə Korporasiyası ilə yeni saziş imzalandı - VİDEO
8-05-2019, 19:02. Разместил: heqiqet
Prezident Administrasiyasının nümayəndəsi Vüsal Şıxəliyev isə bildirib ki, imzalanan sənədlərin əsas məqsədlərindən biri də biznes mühitini yaxşılaşdırmaq üçün daha geniş imkanlar yaratmaqdır.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov isə bildirib ki, Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq geniş formada həyata keçirilir və bu qurum tərəfindən indiyədək çoxlu sayda layihələr dəstəklənib.
Daha sonra Beynəlxalq Maliyyə Korporasiyası ilə Azərbaycan hökuməti, o cümlədən Kənd Təsərrüfatı, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq sazişləri və anlaşma memorandumları imzalanıb.
Вернуться назад