Topdansatış və pərakəndə ticarətlə məşğul olan fiziki şəxslər gəlir vergisi ödəyiciləridirlər
27-05-2019, 10:25. Разместил: heqiqet
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, Vergi Məcəlləsinin 218.5.9-cu maddəsinə əsasən, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ yoxdur. Yəni vergiödəyicisi həm pərakəndə satış, həm də topdansatış fəaliyyəti ilə məşğul olduğu halda, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu itirir. Buna əsasən, topdansatış qaydasında ticarət fəaliyyəti ilə məşğul olan fərdi sahibkar bu ilin yanvarın 1-dən gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir.
Вернуться назад