SOCAR dəniz yatağındakı quyunu istismara verdi
1-09-2015, 12:25. Разместил: heqiqet
SOCAR şirkəti “Günəşli” yatağındakı 14 nömrəli dərin dəniz özülündən 412 nömrəli quyunu aparılmış geoloji tədbirdən sonra istismara verib.Bu barədə şirkətin saytında dərc olunan məlumatda deyilir.
Quyu məhsuldar qatın X horizontundan əlavə süzgəc açıldıqdan sonra qazlift üsulu ilə məhsul verib, 2887-2880 metr intervaldan sutkalıq 25 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Вернуться назад