Azərbaycanın iqtisadi siyasəti ölkəni risklərdən qoruyur
14-04-2020, 07:20. Разместил: heqiqet
2020- ci ilin ilk iki ayında sənayedəki artım 22 % -ə yaxın olub. Ölkənin müxtəlif yerlərində sənaye parkı və məhəllələri yaradılıb ki, bu da qısa müddətdə müxtəlif təyinatlı istehsal müəssisələrinin yaradılmasında infrastruktur bazası yaradır. Bir neçə gün əvvəl Sumqayıt sənaye parkında açılan tibbi maska istehsalı müəssəsi də buna nümunədir.
İqtisadçı alim, millət vəkili Vüqar Bayramov bildirir ki, post-pandemiya dövründə atılacaq əsas addımlar daxili istehsalın genişlənidirilməsi ilə bağlı olacaq. Burada isə qida məhsulları və dərman vastələrinin istehsalı xüsusi yer tutacaq. Dövlət tərəfindən iqtisadiyyata 2,5 milyard manatlıq dəstək göstərilib ki, bu vəsaitlər həm də sözügedən məqsədələrə nail olunmasına sərf ediləcək.
Azərbaycanda qeyri-neft sektoru və insan kapitalına qoyulan milyonlarla manat vəsait və sahibkarlar üçün həm infrastrukturun yaradılması, həm də müxtəlif güzəştlərin edilməsi onu deməyə əsas verir ki, iqtisadiyyatda pandemiyadan sonra da artım davam edəcək. Xüsusilə kənd təsərrüfatına qoyulan böyük sərmayələrin növbəti illərdə müsbət nəticələr verəcəyi gözlənilir.
Вернуться назад