DataLife Engine > iqtisadiyyat > Qobustanda yol tikintisinə 4,1 milyon manat ayrılıb – SƏRƏNCAM

Qobustanda yol tikintisinə 4,1 milyon manat ayrılıb – SƏRƏNCAM


10-06-2020, 08:22. Разместил: heqiqet Qobustanda yol tikintisinə 4,1 milyon manat ayrılıb – SƏRƏNCAM Prezident İlham Əliyev iyunun 10-da "Qobustan rayonunun Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
İki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Вернуться назад