DataLife Engine > iqtisadiyyat > Bakıya yeni su kəməri çəkiləcək

Bakıya yeni su kəməri çəkiləcək


28-07-2020, 07:10. Разместил: heqiqet Bakıya yeni su kəməri çəkiləcək II Şollar su kəməri yaradılacaq.
Bu Prezident İlham Əliyevin 27 iyul 2020-ci tarixli sərəncamı ilə təsdiq edilən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.
Sənədə əsasən, “Azərsu” ASC, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020-ci ilin avqust–dekabr aylarında II Şollar su kəmərinin mənbəyinin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlayacaq və layihələndirmə həyata keçiriləcək.
Вернуться назад