Samir Şərifov: Bu, Azərbaycan - Fransa əməkdaşlığına ciddi qəsddir
27-11-2020, 12:33. Разместил: heqiqet
Bunu Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri, maliyyə naziri Samir Şərifov Fransa Senatının məlum qərarına münasibət bildirərkən deyib.
S. Şərifov əlavə edib: "Fransa Senatı bu bədnam qətnaməni qəbul etməklə beynəlxalq hüququn təməl prinsiplərini, BMT Nizamnaməsini və Fransanın özünün səs verdiyi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini heçə sayır, Fransa Respublikasının Cənubi Qafqaz regionu üzrə əsas iqtisadi-ticarət tərəfdaşı olan Azərbaycan Respublikası ilə uzun illərdən bəri siyasi, iqtisadi, ticarət, mədəni, təhsil və digər sahələrdə qurulmuş çoxşaxəli əməkdaşlığa, fransız biznes dairələrinin Azərbaycandakı maraqlarına ciddi qəsd etmiş olur və gələcəyini böyük sual altına qoyur".
Вернуться назад