Bitkoinin qiyməti 45 min dolları ötdü
9-02-2021, 06:59. Разместил: heqiqet
Bu barədə “CoinDesk” portalında dərc olunub.
Belə olan halda, kriptovalyutanın dəyəri tarixi maksimumunu yeniləyib.
Bakı vaxtı ilə saat 02:52-yə olan məlumata görə, bitkoinin dəyəri 44 949 dollar (+15,64%) təşkil edib.
Bahalaşma “Tesla” şirkətinin bitkoin kriptovalyutasına 1,5 milyard dollar sərmayə yatırması barədə xəbərlərin fonunda baş verib. Şirkət yaxın gələcəkdə öz məhsullarının ödənişi üçün bitkoindən istifadə edəcəyini planlaşdırdığını açıqlayıb.
Вернуться назад