DataLife Engine > iqtisadiyyat > Aydın Əliyev: "Bu ilin 8 ayında Azərbaycana 500 minə yaxın mobil telefon gətirib"

Aydın Əliyev: "Bu ilin 8 ayında Azərbaycana 500 minə yaxın mobil telefon gətirib"


17-09-2015, 15:25. Разместил: heqiqet Aydın Əliyev: "Bu ilin 8 ayında Azərbaycana 500 minə yaxın mobil telefon gətirib" Bu ilin 8 ayında fiziki şəxslər tərəfindən xaricdən Azərbaycana 500 minə yaxın mobil telefon gətirilib.
"APA-Economics"in xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
A. Əliyevin sözlərinə görə, fiziki şəxslərin gətirdikləri mobil telefonların sayı şirkətlərin gətirdiyi mobil telefonların sayından 35 dəfə çoxdur: "Bu, artıq bir ticarət növünə çevrilib. Bəzi dırnaqarası işbazlar bundan sui-istifadə edirlər".
Komitə sədri xaricdən ölkəyə gətirilən mobil telefonlara görə məhdudiyyətin tətbiq edilməsi ilə bağlı hökumətə müraciət etdiklərini xatırladıb.
Вернуться назад