Azərbaycanın sığorta bazarında əsas problem yüksək ixtisaslı kadrların çatışmazlığıdır
15-10-2015, 14:05. Разместил: heqiqet
Azərbaycanın sığorta bazarında yüksək ixtisaslı kadrların çatışmazlığı hələ də əsas problem olaraq qalır.Bunu Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidmətinin rəhbəri Namiq Xəlilov "Peşəkar sığortaçıların sertfikasıyası" proqramının təqdimatında deyib.
Onun sözlərinə görə, bu, Azərbaycanın ali məktəblərində sığorta sahəsində kadr hazırlığı üzrə fakültələrin hələ də olmaması ilə bağlıdır: "Buna görə də sığorta şirkətlərinin özləri adıçəkilən sahədə kadrlar hazırlamaq barədə qərar qəbul ediblər. Sertifikasiya proqramı ilə yanaşı, "Sığorta: prinsiplər və təcrübə" dərsliyi hazırlanıb".
Вернуться назад