DataLife Engine > iqtisadiyyat > Viktor Kipiani: Orta Dəhliz yeni geosiyasi və geoiqtisadi əlaqələrin formalaşmasına zəmin yarada bilər

Viktor Kipiani: Orta Dəhliz yeni geosiyasi və geoiqtisadi əlaqələrin formalaşmasına zəmin yarada bilər


Bu gün, 09:18. Разместил: heqiqet


Əvvəllər Bakı–Tbilisi–Ceyhan neft kəməri və Bakı–Supsa marşrutu, Bakı-Tbilisi- Ərzrum qaz kəməri Cənubi Qafqazın inkişafında mühüm rol oynayırdı. İndi isə Orta Dəhliz layihəsi regionumuzun inkişafına yeni imkanlar yaradır, inkişafımıza təkan verir.

Bu sözləri Gürcüstanın GEOCASE Anakitik Mərkəzinin direktoru, analitik Viktor Kipiani deyib.

Onun sözlərinə görə, Orta Dəhliz layihəsinin həyata keçirilməsində Azərbaycanın rolu böyük və əvəzolunmazdır.

“Orta Dəhliz həm Azərbaycan, həm də Gürcüstan üçün unikal imkandır. Bu marşrut vasitəsilə biz öz səsimizi daha yaxşı çatdıra, beynəlxalq sistemdə funksional əhəmiyyətimizi artıra bilərik. Orta Dəhliz yalnız yükdaşımalar marşrutu deyil. Bu dəhliz, layihədə iştirak edən ölkələr arasında tamamilə yeni geosiyasi və geoiqtisadi əlaqələrin formalaşmasına zəmin yarada bilər. Bu baxımdan, həmin prosesin özü də çox maraqlı və əhəmiyyətli olacaq” – deyə, analitik bildirib.


Вернуться назад