Gömrük Komitəsinin xətti ilə ötən ay büdcəyə 201 mln. manat daxil olub
15-01-2016, 15:06. Разместил: heqiqet
Bu ilin dekabr ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 200 805,7 min manat təşkil edib.Bu göstərici 2014-cü ilin eyni dövrü ilə müqayisədə 68 mln. 769,97 min manat və ya 52,08% çoxdur.
Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 36 000,77 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 154 085,9 min manat, aksizlər üzrə 8 483,23 min manat, yol vergisi üzrə isə 2 235,8 mln. manat təşkil edib.
Вернуться назад