Bankda qalan pullarını almaq istəyənlərin nəzərinə - ÜNVANLAR
4-02-2016, 10:55. Разместил: heqiqet
Fondun Himayəçilik Şurasının 02 fevral 2016-cı il tarixli qərarına əsasən sığorta hadisəsi baş vermiş "Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq "Rabitə Bank” ASC, "Unibank” ASC və "Kapital Bank” ASC seçilib.
Sığorta hadisəsi baş vermiş "Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 04 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılacaqdır.
Ərizə formalarını qorunan əmanətçilər 04 fevral 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş "Gəncəbank” ASC-nin filiallarından, Agent Bankların filiallarından və www.adif.az saytından əldə edə bilər.
Qorunan əmanətçilər aşağıdakı cədvələ uyğun olaraq "Gəncəbank” ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən agent bankların filialına müraciət etməklə kompensasiya almaq üçün ərizələri təqdim edə bilərlər:
Вернуться назад