Mərkəzi Bankın rəhbəri risklərdən danışdı
30-03-2016, 09:39. Разместил: heqiqet Federal Ehtiyat Sisteminin rəhbəri Mərkəzi Bankın uçot dərəcəsini qaldırmasını vacib sayır.
Yelenin sözlərinə görə, qlobal risklər və onların təzyiqləri fonunda Fed uçot dərəcəsinin təcricən qaldırılması barədə düşünür. Yelen gözlənilən tənzimləmənin təxmini tarixi barədə məlumat verməsə də, bununla bağlı qərar verilməzdən əvvəl iqtisadi vəziyyətin bütün incəliklərinin araşdırılacağını bildirib.
Fed rəhbərinin bu çıxışına baxmayaraq əksər iqtisadçılar qurumun aprelin 26 - 27-də keçiriləcək toplantısından uçot dərəcəsinin dəyişilməz qalacağını proqnozlaşdırır.
“İqtisadi proqnozlar daş üzərində qurulmuş plan deyil ki, iqtisadiyyatda nələrin baş verdiyindən asılı olmayaraq olduğu kimi qalsın. Valyuta siyasəti hər zaman iqtisadiyyatda baş verən ən xırda incəliklərə belə reaksiya göstərir.” – deyə Yelen bildirib.
Yelen çıxışında əsasən 2 qlobal riskdən söz açıb. Bunlardan biri Çində iqtisadi artımın zəifləməsi, ikincisi isə neft və əmtəə məhsulları qiymətlərinin ucuzlaşmasıdır. Fed rəhbəri Mərkəzi Bankın qlobal iqtisadi resessiya, neft qiymətlərinin ucuzlaşması və qiymətli kağız bazarlarındakı “turbulentliyin” ABŞ iqtisadiyyatına təsirlərini mütəmadi olaraq müşahidə altında saxladıqlarını bildirib.
Вернуться назад