DataLife Engine > iqtisadiyyat > Bakının bəzi hissələrində su təchizatı məhdudlaşdırılır

Bakının bəzi hissələrində su təchizatı məhdudlaşdırılır


18-05-2016, 19:36. Разместил: heqiqet Bakının bəzi hissələrində su təchizatı məhdudlaşdırılır Yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar Azadlıq prospekti və Cəfər Xəndan küçələrində yeni çəkilmiş su xətləri mövcud şəbəkəyə birləşdirilir.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla əlaqədar mayın 19-da saat 09:00-dan etibarən gün ərzində Azadlıq prospekti 161a-191 və Cəfər Xəndan küçəsi 26-28 ünvanlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Вернуться назад