DataLife Engine > iqtisadiyyat > Bazara ALOV kimi daxil olan smartfonlar - üstünlüyü nədir?

Bazara ALOV kimi daxil olan smartfonlar - üstünlüyü nədir?


3-06-2015, 20:05. Разместил: heqiqet Bazara ALOV kimi daxil olan smartfonlar - üstünlüyü nədir? Səhərlər evdən çıxanda ancaq nəyi unudanda geri qayıdırıq? Açar, pul və əlbəttə, telefonu. Gündəlik həyatımızın ən əvəzedilməz bir hissəsinə çevrilən telefonun hər dəqiqə əlimizin alında olmasını istəyirik. İşə, dərsə geciksək də eybi yox, əsas odur mobil telefonu yaddan çıxarmayaq.
Hamı bilir ki, hazırkı “ağıllı telefonlar” bizə yalnız zəng etmək üçün lazım deyil. Telefon bizim fotoaparatımız, musiqi bazamız, kompüterimiz, yaddaş kitabçamız, əyləncə mənbəyimiz, qısaca desək, səyyar ofisimizdir.
Bu funksiyaların hamısını özündə daşıyan smart telefonlardır ki, hazırda bazarda onların bir çox çeşidləri var. Amma nadir hallarda sərfəli qiymətə ürəyincə olan, yeni əlavələri yükləməyə yaddaşı və gücü çatan telefon tapmaq olur.
Yaxınlarda "Bakcell" şirkəti tərəfindən satışa çıxarılan ALOV telefonlarının ucuz qiymətini (cəmi 129 manata) görəndə, istər-istəməz “yəqin nəyisə çatışmır” kimi fikirləşənlər oldu. Amma göstəricilərinə diqqət yetirəndə, telefonun texnoloji yeniliklərin hamısına cavab verdiyi görünürdü. Görəsən, telefon doğrudanmı smartfonlar bazarında ALOV effektini yarada bilər?
ALOV-u sınaqdan keçirtdiyimiz ilk günlərdəcə elə adına layiq işlədiyinin şahidi olduq. Səmimi olaraq etiraf etmək lazımdır ki, telefon müsbət mənada təəccübləndirməyi bacarır. Çünki ALOV-da smartlara xas bütün əsas funksiyalar mövcuddur. Bu telefon azərbaycanlı istehlakçıların çox sevdiyi Android əməliyyat sistemi ilə işləyir.
Geniş ekranın (4.7 düymlük) parlaqlığı da kifayət qədərdir. Telefonun ölçüsünə görə çəkisi də ağır deyil. Telefonun üstündə 3 fərqli rəngdə alt qapaq da təqdim olunur ki, bu da zövqə görə telefonun rəngini dəyişdirmək imkanını verir.
ALOV-u işlətdiyimi biləndə dostlarımdan daha çox “donmur ki?”, “zaryadkanı necə saxlayır”, “ön kamerası varmı” kimi sualları eşitdim. Hamısına da cavabın müsbət oldu. Bəli, telefonun öndə 2 meqapikselik kamerası var ki, bu da görüntülü danışıq aparmağa, normal keyfiyyətli selfie çəkməyə imkan verir.
Bu günlər ərzində telefonun “donub-quruması”nı görmədim. Çoxsaylı tətbiqetmələr, proqramlar yükləsən də, 4 nüvəli prosessorun hesabına telefonu kifayət qədər sürətlə işlətmək olur. Bu smartfonun daxili yaddaşı 4 Giqabaytdır, 32 Giqabaytlıq yaddaş kartını da dəstəkləyir. Buna görə də aparata istənilən applikasiyaları, oyunları rahatlıqla yükləmək mümkündür.
ALOV-un enerji ehtiyatını saxlaması da ürəyimcə oldu. Onu da deyim ki, "Bakcell" tərəfindən hər ay verilən 1GB internet bonus sayəsində üzv olduğum sosial şəbəkələr, Whatsapp, Google+, hava proqnozu, email poçtun yenilənmələri və digər bu kimi applikasiyalar daim aktiv idi. Bununla belə, onu minimum 2 gün rahatca işlətmək olur. Enerji ehtiyatı azalmağa başlayanda və 15 faizə çatanda telefon bildirişləri səslənməyə başlayır. Ona görə də ALOV-un enerjisiz qalması ehtimalı çox azdır.
Sirr deyil ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da mobil internet istifadəçilərinin sayı kəskin artmaqdadır. İstənilən yerdə internetin əlimizin altında olması üçün bizə mütləq son model smartlar lazımdır. Bu baxımdan da ALOV özünü doğruldur. Bu telefon əməliyyat sisteminin son buraxılışlarından olan Android 4.4 ilə işləyir ki, bu da internetdə kifayət qədər sürətlə işləməyə imkan verir.
Telefonu alanda, artıq əsas applikasiyalar yüklənmiş olur - Facebook, Google, Odnoklassniki, oyun menyusu, rəqəmsal xəritə, əsas brauzerlər və s. Bütün bu proqramlarda problemsiz, ilişmədən, donmadan işləmək olur. Səhifələrin açılmasını gözləmək lazım gəlmir, şəkil və mahnı yükləmək asandır. Hətta sınaq üçün bir neçə dəfə youtube-da mahnıları dinlədim, doğrudan da videoları kəsilmədən, fasiləsiz izləmək mümkün oldu.
Bu telefonda Google-da işləmək isə lap ləzzət edir. Axtarış üçün xüsusi proqramda eləcə “OK Google” demək kifayətdir ki, proqram işə keçsin və axtarmaq istədiyin sözləri səslənməsinə uyğun axtarıb ekrana çıxarsın.
ALOVu digərlərindən fərqləndirən növbəti müsbət cəhəti odur ki, bu telefonu alanda internet sənə pulsuz hədiyyə olunur. Özü də nə az, nə çox - ayda 1 Giqabayt. Bu həcmdə trafik bir çox abunəçilərə gen-bol bəs edir. Nəinki yolda, hətta evdə olanda belə, kompüter arxasına keçməyə tənbəllik edəndə, "Bakcell"in təqdim etdiyi internet bizə hər şeydən xəbərdar olmağa, online qalmağa kifayət edir.
Bu smartfonda qiymət və keyfiyyətin bir-birinə ideal uyğunlaşdığını demək olar. İş adamları, evdar qadınlar, dəbə uyanlar və əyləncə axtaran gənclər - hər kəs ALOVda öz zövqünə uyğun nələrisə tapa bilər.
Sonda ALOVla maraqlananlar üçün onu da qeyd edək ki, bu brend telefonlar 1 il zəmanət verilir. Smartfonların ucuz qiymətinə - 129 manat olmasına baxmayaraq, onları hətta kreditə də almaq mümkündür.

Fərəh Sabirqızı
Вернуться назад