Bədxahlar qorxu içində: Böyük iqtisadi güc mərkəzi yaranır
10-08-2016, 10:09. Разместил: heqiqet
Onun sözlərinə görə, Azərbaycan adıçəkilən hər bir ölkə ilə ayrı-ayrılıqda iqtisadi və siyasi əlaqələrə ciddi diqqət yetirir və böyük önəm verir. Ancaq ən mühümü odur ki, son vaxtlar məhz üçtərəfli əməkdaşlığa və əlaqələrə ciddi fikir verilir və bu istiqamətdə ardıcıl olaraq müvafiq addımlar atılır ki, bu da region üçün böyük töhfələr vəd edir: "Təsadüfi deyil ki, üç ölkə prezidentlərinin Bakıda keçirilən üçtərəfli görüşünün yekunlarına dair imzalanan bəyannamədə də Azərbaycan, Rusiya və İran energetika və nəqliyyat sahələri də daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığı gücləndirməklə bağlı razılığa gəlindiyi bildirilib. Bəyannamədə o da qeyd olunub ki, tərəflər regionda iqtisadi artıma, beynəlxalq enerji təhlükəsizliyinə töhfə vermək üçün regional, eləcə də beynəlxalq energetika və nəqliyyat dəhlizlərinin inkişafı məqsədi ilə hər iki sahədə əməkdaşlığı gücləndirəcəklər".
Ekspert hesab edir ki, bu üç ölkə enerji sahəsində böyük güc mərkəzinə çevrilə bilər: "O da bəllidir ki, hər üç ölkənin dünya enerji bazarında böyük rolu vardır və bu rol getdikcə daha da artacaq. Belə ki, Rusiyanın bu gün Avropanın qaz təchizatına verdiyi pay məlumdur. İran üzərindən sanksiyalar götürüldükdən sonra isə o da bu bazara girmək imkanları əldə edib. Azərbaycana gəldikdə isə, Cənub Qaz Dəhlizi, TANAP və TAP üzərində böyük iş gedir və Avropa bizdən tezliklə qaz əldə edəcəyini gözləyir. Odur ki, təsəvvür etmək çətin deyil ki, bu üç ölkə təkcə sözügedən sahədə səylərini əlaqələndirsələr və yaxud birləşdirsələr, nə baş verə bilər".
İqtisadçının fikrincə, bu üç ölkənin gerçəkləşdirdiyi böyük iqtisadi layihələr regionun nəqliyyat xəritəsini dəyişə, eyni zamanda büdcəmizə xeyli gəlir gətirə bilər: "Rusiya, İran və Hindistanın təsisçisi olduqları "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələri arasında ticarət əlaqələrinin geniş potensiala malik olması və bu dəhlizin iştirakçısı qismində Azərbaycanın əlverişli tranzit imkanlarından istifadə, habelə Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsiylə əlaqələndirilməsi üçün müvafiq tədbirlərin görülməsi işlərini xüsusən qeyd etmək vacibdir. Bu baxımdan, Azərbaycan prezidenti İlham Əliyevin bu ilin fevralın 23-də İrana səfəri zamanı iki dövlət arasında imzalanan sənədlər sırasında "Azərbaycan Dəmir Yolları" QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında müqavilə böyük əhəmiyyətə malik oldu. Ümumiyyətlə, sözügedən səfər zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması işində çox önəmli addımlar atıldı. Qeyd olunan dəhliz yolunun tikilib istifadəyə verilməsi nəticəsində Azərbaycan ilə İran 2 qitəni - Avropa ilə Asiyanı birləşdirəcəklər ki, Astara-Astara tranzit dəhliz dəmir yolu Şimal ilə Cənub arasında bir növ körpü rolunu oynayacaq. Bu isə söhbətin təkcə bu və ya digər ölkələr arasında deyil, məhz regionlar arasında əlaqələrdən və onun gələcək inkişafından getdiyi deməkdir.
Belə ki, Şimal ilə Cənub arasında iqtisadi-ticari əlaqələr ən azı Rusiya kimi nəhəng bir ölkə ilə Yaxın Şərq ölkələri arasında qarşılıqlı mal mübadiləsi, daşımalar və ticari əlaqələr demək olacaq. Belə bir yolun üzərində yerləşmək və praktik olaraq, alternativsiz tranzit ölkə olmaq isə Azərbaycan üçün hədsiz dividentlər gətirəcək. Yəni, bu, birincisi milyonlarla xarici valyuta şəklində gəlir demək olacaq. İkincisi, qeyri-neft sektorunun inkişafı üçün əvəzsiz dəstək yaradacaq. Üçüncüsü, regionda nəqliyyat mərkəzinə çevrilmək şanslarını bir az da gerçəyə çevirəcək. Dördüncüsü və bəlkə də ən vacibi isə, Azərbaycanın özü üçün gələcəkdə İran körfəzi ölkələrinə asan çıxış imkanı əldə edəcək".
Вернуться назад