DataLife Engine > iqtisadiyyat > Binəqədidə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Binəqədidə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır


12-08-2016, 09:39. Разместил: heqiqet Binəqədidə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır  İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Binəqədi rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
SKMF avqustun 9-da Binəqədi rayonunda işgüzar forum keçirib.
Sahibkarlardan ixtisaslaşdırılmış yaşıl marketin yaradılması, istixana təsərrüfatlarının yaradılması, həmçinin ət kəsimi, üzlük daşların, plastik qablar və corab istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

Вернуться назад