İqtisadiyyat naziri Tacikistanın Azərbaycandakı səfirini qəbul edib
10-10-2016, 19:04. Разместил: heqiqet
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan və Tacikistan arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra konkret məsələlər və əlaqələrin inkişafı perspektivləri müzakirə edilib.
Görüşdə həmçinin, bu il keçiriləcək Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın iclasının gündəliyi barədə fikir mübadiləsi aparılıb.
Вернуться назад