DataLife Engine > iqtisadiyyat > Ölkəyə qanunsuz yolla gətirilən 27 ədəd mobil telefon müsadirə olunub

Ölkəyə qanunsuz yolla gətirilən 27 ədəd mobil telefon müsadirə olunub


24-10-2016, 16:05. Разместил: heqiqet Ölkəyə qanunsuz yolla gətirilən 27 ədəd mobil telefon müsadirə olunub Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilən 27 ədəd mobil telefon, 13 ədəd adapter, 11 ədəd qulaqcıq və 29 ədəd mobil telefon qutusu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад