Normadan artıq yüklənmiş maşınlara qarşı mübarizə gücləndirilib
28-10-2016, 11:02. Разместил: heqiqet
İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbləri pozan şəxslər və hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri barədə məlumatların, habelə həmin nəqliyyat vasitələrinin foto və ya video görüntülərinin, inzibati xəta haqqında elektron protokolun tərtib edilməsi məqsədi ilə, real vaxt rejimində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülməsi üçün yol örtüyünün altında yerləşdirilmiş “Azəravtoyol” ASC-nin texniki vasitələr (elektron tərəzilər) həmin informasiya sisteminə inteqrasiya olunub. Bu üzdən tələbləri pozan və DYP əməkdaşının saxla əmrinə tabe olmayan sürücülərə qarşı onlayn rejimdə elektron protokol tərtib edilir və aidiyyatı üzrə qeydiyyat ünvanlarına göndərilməsi təmin olunur.
Qeyd edək ki, normadan artıq yüklənmiş maşınlar avtomobil yollarına və körpülərə ziyan vurmaqla yanaşı, digər hərəkət iştirakçıları üçün də təhlükə mənbəyidir və bu cür hallara qarşı mübarizə tədbirləri “Azəravtoyol” ASC və Baş Dövlət Yol Polisi ilə birlikdə "Azərbaycan Respublikasının İnzibadi Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 24 iyul tarixli 303-VQD nömrəli Qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin Fərmanına əsasən aparılır.
Aparılan yoxlamalar öz müsbət nəticəsini verib. Belə ki, mütəmadi aparılan yoxlamalar və tətbiq edilən cərimələr nəticəsində ilk günlərdən fərqli olaraq tələbləri pozanların sayı kifayət qədər azalıb.
Вернуться назад