DataLife Engine > iqtisadiyyat > Metroda gediş haqqı artacaq? - Rəsmi cavab

Metroda gediş haqqı artacaq? - Rəsmi cavab


28-11-2016, 12:40. Разместил: heqiqet Metroda gediş haqqı artacaq? - Rəsmi cavab "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metroda gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət etməyib.
Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, metroda gediş haqqının bahalaşması ilə bağlı yayılan məlumat əsassızdır:
"Metroda gediş haqqını biz qaldırmırıq. Buna Tarif (qiymət) Şurası qərar verir. Bu barədə bizdə məlumat yoxdur. "Bakı Metropoliteni" QSC metroda gediş haqqının artırılması barədə Şuraya müraciət etməyib".
Вернуться назад