DataLife Engine > iqtisadiyyat > Üç gündə “Bakı-2015”in simvolları əks olunan 400 min manatlıq məhsul satılıb

Üç gündə “Bakı-2015”in simvolları əks olunan 400 min manatlıq məhsul satılıb


17-06-2015, 11:07. Разместил: heqiqet Üç gündə “Bakı-2015”in simvolları əks olunan 400 min manatlıq məhsul satılıb Birinci Avropa Oyunlarının ilk üç 3 günü ərzində “Bakı-2015”in rəsmi mağazalarından üzərində oyunların simvolları olan 400 min manatdan artıq məhsul satılıb.
Heqiqet.az Gün.Az-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə ticarət mərkəzlərindən birinin meneceri deyib.
Menecer bildirib ki, bütün “Baku-2015” mağazalarının bir kompüter bazası olduğu üçün məbləği açıqlamaq da asandır.
Onun sözlərinə görə, azarkeşlər arasında Azərbaycanın bayrağına tələbat böyükdür: “Səhər satışda min bayraq olub, axşama isə vitrində yalnız biri qalıb”.
Avropa Oyunlarının simvollarına tələbatın günü -gündən artdığını deyən menecer, əlavə edib ki, xeyli simvollar hazırlanıb və hamıya çatacaq.
“Üzərində oyunların simvolu nar olan futbolkalara da təlabat böyükdür. Ümumiyyətlə, nar olan mallar daha çox alınır”.

Вернуться назад