DataLife Engine > iqtisadiyyat > TANAP layihəsinə daha 600 milyon dollar kredit ayrıldı

TANAP layihəsinə daha 600 milyon dollar kredit ayrıldı


21-12-2016, 17:12. Разместил: heqiqet TANAP layihəsinə daha 600 milyon dollar kredit ayrıldı Asiya İnfrastruktur İnvestisiya (AİİB) Bankı Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib.
Bu barədə bankın Pekindəki baş ofisindən məlumat verilib. AİİB-in vitse-prezidenti DJ Pandian deyib ki, Asiya ilə Avropa arasında enerji infrasturkturunun yenilənməsinə xidmət edən TANAP layihəsi Azərbaycan iqtisadiyyatını gücləndirməklə yanaşı, Avropanın, o cümlədən Türkiyənin enerji təhlükəsizliyini təmin edəcək.
Qeyd edək ki, kredit Azərbaycan hökumətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılıb.
Bununla AİİB-in cari ildə ayırdığı kreditin ümumi məbləği 1,73 milyard dollara çatıb.
Вернуться назад