Nazirlik: Ötən il qeyri-qanuni işdən çıxarılan 30 nəfər işə bərpa olunub
10-01-2017, 12:12. Разместил: heqiqet
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin məbləğin 85,8%-ini gecikdirilmiş əmək haqları, 12,1%-ini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini zərərə görə ödənclər təşkil edib. Bir sıra vətəndaş müraciətlərində isə ayrı-ayrı şəxslərin işdən qeyri-qanuni şəkildə azad edildikləri ifadə olunub. Belə müraciətlərin araşdırılması zamanı 30 nəfər işçi ilə əmək müqaviləsinə qeyri-qanuni şəkildə xitam verildiyi aşkar edilib və görülən tədbirlər nəticəsində həmin vətəndaşlar əvvəlki iş yerlərinə bərpa olunublar.
Qeyd olunan tədbirlərlə yanaşı, Dövlət Xidmətinin əməkdaşları əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə vaxtlı-vaxtında ödənilməsi, əmək müqaviləsinə hansı hallarda xitam verilməsi, əməyin mühafizəsi, işçilərə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı əmək qanunvericiliyinin tələbləri barədə işəgötürənlərə ətraflı məlumatlar veriblər.
Вернуться назад