DataLife Engine > iqtisadiyyat > Maliyyə Nazirliyi və ARPA memorandum imzalayıb

Maliyyə Nazirliyi və ARPA memorandum imzalayıb


17-01-2017, 12:29. Разместил: heqiqet Maliyyə Nazirliyi və ARPA memorandum imzalayıb Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən Azərbaycan Maliyyə Nazirliyi milli mühasibat uçotu sisteminin təkmilləşdirilməsi məqsədi ilə peşəkar mühasib təşkilatları ilə əməkdaşlığa başlayıb. Nazirlikdən verilən məlumata görə, Maliyyə Nazirliyi ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumun əsas məqsədi Dünya Bankı və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilmiş "Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi" (CAPSAP) çərçivəsində aparılmış islahatların davamı olaraq Azərbaycan Respublikasında mühasibat uçotu sahəsində peşəkar karyeralarını qurmaq və potensiallarını tam olaraq reallaşdırmaq istəyən şəxslərin bilik səviyyələrinin və maliyyə hesabatlarının keyfiyyətinin artırılması sahəsində həyata keçirilən tədbirlərin nazirlik və ARPA tərəfindən birgə əlaqələndirilməsidir.
Anlaşma Memorandumunda ARPA-nın həyata keçirdiyi tədbirlərin, habelə Mühasiblərin Peşəkar Sertifikasiya Proqramının (MPS) Maliyyə Nazirliyi ilə razılaşdırılması və Nazirlik tərəfindən dəstəklənməsi, mühasibat uçotu sahəsində qəbul edilmiş normativ hüquqi aktların, onların tətbiqi ilə bağlı izahedici materialların, habelə bu sahədə baş vermiş yeniliklərin mətbu orqanlarda və internet səhifələrində dərc etdirilməsi də nəzərdə tutulur.
Вернуться назад