Nazirlik reydlərə başladı - O ŞƏXSLƏR CƏZALANDIRILACAQ
14-02-2017, 19:06. Разместил: heqiqet
Nazirlikdən verilən məlumata görə, aparılan monitorinqlər göstərir ki, yumurtanın satış qiyməti bu ilin yanvarın 1-nə nisbətən 25%-dək ucuzlaşıb. Hazırda yumurtanın satış qiyməti 12-15 qəpik arasında dəyişir. Bununla yanaşı, son günlər unun da ucuzlaşması müşahidə olunur.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti intensiv nəzarət tədbirlərini davam etdirir və xəbərdarlıq edir ki, süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ciddi tədbirlər görüləcək.
Вернуться назад