DataLife Engine > iqtisadiyyat > Meksika ilə Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edib

Meksika ilə Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edib


22-02-2017, 19:02. Разместил: heqiqet Meksika ilə Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edib Nəqliyyat, rabitə və yüksək texnologiyar sahəsində əməkdaşlığı müzakirə etmək məqsədilə bu gün Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə arasında görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, R.Quluzadə rəhbərlik etdiyi qurum haqqında məlumat verib, eləcə də, Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsində təşkil olunan beynəlxalq tədbirlərdən danışıb.
Səfir Labardini Meksika iqtisadiyyatın vacib göstəricilərinə, elektron və kosmik sənaye, avtomobillər, mobil telefonlar, düz ekranlı televizorların istehsalı və s. müxtəlif sahələrdə əldə olunan nailiyyətlərə diqqət yetirib.
Tərəflər İKT sahəsində yenilikləri və tendensiyaları müzakirə ediblər. Hər iki ölkədə internet istifadəçilərinin yüksək sayı qeyd olunub. Diplomat nəqliyyat ilə komunikasiya sahələrinin birbaşa bağlı olduqlarını, onların inkişafının qarşılıqlı şəkildə həyata keçməsini vurğulayıb. Hər iki tərəf müvafiq əlaqələrin qurulması və irəliləməsində maraq və istəklərini ifadə ediblər.
Qeyd edək ki, bu gün Meksikada 117 dəniz limanı mövcuddur. Bu ölkə dəmir yol xəttlərinin sayına görə Latın Amerikasında ikinci, hava limanlarının sayına görə isə dünyada üçüncü yeri tutur.
Вернуться назад