DataLife Engine > iqtisadiyyat > Fond birjasının rəhbəri: Azərbaycanda səhmlərin ilkin yerləşdirilməsi keçiriləcək

Fond birjasının rəhbəri: Azərbaycanda səhmlərin ilkin yerləşdirilməsi keçiriləcək


9-03-2017, 16:27. Разместил: heqiqet Fond birjasının rəhbəri: Azərbaycanda səhmlərin ilkin yerləşdirilməsi keçiriləcək Yaxın zamanlarda Azərbaycanda birinci dəfə səhmlərin ilkin yerləşdirilməsi (IPO) keçiriləcək.
Bunu Bakı Fond Birjasının (BFB) idarə heyəti sədrinin vəzifələrini icra edən Vüqar Namazov deyib.
Onun sözlərinə görə, bu həm də şirkətlərin özündən asılıdır:
“Onlar IPO-nun keçirilməsinə hazır olmalıdır. Biz onları səhmlərinin ilkin yerləşdirilməsinə məcbur edə bilmərik, bu, bazar prinsiplərinə ziddir”.
BFB-nin rəhbəri qeyd edib ki, bəzi şirkətlərlə müvafiq danışıqlar aparılır.
Вернуться назад