Saat terapiyası haqqında bilmədiklərimiz
27-03-2017, 09:55. Разместил: heqiqet
Bu barədə C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Rafiq Yusifli deyib: "Həmin müalicə üsulu tətbiq olunarkən əsas məsələlərdən biri məsuliyyətli olmaq və cədvələ düzgün riayət etməkdir. Həmin cədvələ əsasən saat 11-dən 13-dək günəş ən yüksək zenit nöqtəsində olur. Ürək-qan dövranı qaydasında olmayanlar həmin dövrdə az hərəkət etməli və isti havada kölgədə qorunmalıdırlar. Nazik bağırsağında problem olanlar müalicəni saat 13-dən 15-ədək ənənəvi təbabətin köməyi ilə aparmalıdırlar.
Saat 15-dən 17-yədək həzm orqanları normal işləyir. Mədə və bağırsaqlarından şikayəti olanlar dərman bitkilərini həmin vaxt qəbul edə bilərlər. Saat 17-dən 19-adək - günəş batmağa doğru getdiyi dövrdə böyrək və kürək nahiyəsindəki ağrıları müalicə etmək məsləhətdir”.
Sonrakı saatlarda həyata keçirilən müalicələr barədə danışan həkim-kardioloq deyib: "Saat 19-dan 21-ədək impotensiya və frigidlik, 21-dən 23-ədək dəri xəstəlikləri və saç tökülməsi, 23-dən 01-ədək öd daşları, 01-dən 03-ədək qaraciyər xəstəliklərinə qarşı mübarizə aparmağın ən əlverişli vaxtıdır. Mancuriyalıların inamına görə, saat 03-dən 05-ədək ağ ciyər və bronxların, 09-dan 11-ədək isə dalaq və mədəaltı vəz fəal olduğundan həmin orqanların şəfası ilə müalicə olmaq daha uğurlu nəticə verir. Saat 05-dən 07-yədək olan müddətdə isə səhər yeməyi yaxşı həzm olunur”.
Вернуться назад