Ölkədə uşaqlara “birgə ad”ların qoyulması halları azalır
1-06-2017, 11:02. Разместил: heqiqet
Ədliyyə Nazirliyinin statistik məlumatlarına əsasən isə ölkədə uşaqlara "birgə ad"ların qoyulması halları azalır. Lakin bu az sayda qoyulan adların sırasında Arzu və Pərvin digərlərinə nisbətən son 3 ildə uşaqlara daha çox qoyulan adlar hesab edilə bilər.
2013-cü ildə Arzu 382 nəfərə qoyulduğu halda, sonrakı illərdə bu rəqəm getdikcə azalıb və 2016-cı ildə 257 uşağa qoyulub. 2016-cı ildə Arzu adı daha çox qızlara (242 nəfərə) qoyulub.
Pərvin adı 2013-cü ildə 118, 2016-cı ildə 58 uşağa verilib.
Statistik məlumatlardan eyni zamanda bu nəticəyə gəlmək olar ki, valideynlər tərəfindən digər "birgə" adlara olan maraq daha da azalıb. Məsələn, statistik rəqəmlərə görə, Şövkət adı 2013-cü ildə 37, 2016-cı ildə 19 uşağa qoyulub. Hicran adı 2013-cü ildə 15, 2016-cı ildə 14 uşağa, İzzət adı 2013-cü ildə 38, 2016-cı ildə 24 uşağa, Yadigar adı (bu ad adətən doğularkən valideyinlərindən birini, xüsusilə ananı itirmiş uşaqlara verilib) 2013-cü ildə 16, 2016-cı ildə 13 uşağa, Ziyafət adı 2013-cü ildə 20, 2016-cı ildə 16 uşağa, İsmət adı 2013-cü ildə 33, 2016-cı ildə 17 uşağa, Ulduz adı həm 2013, həm də 2016-cı ildə 29 uşağa, Məhəbbət adı 2013-cü ildə 29, 2016-cı ildə 17 uşağa, Afər adı 2013-cü ildə 8, 2016-cı ildə 6 uşağa qoyulub.
Вернуться назад