DataLife Engine > maraqli > On min otağı var, amma bir nəfər qonağı yoxdu - Hitlerin tikintisi yarımçıq qalmış oteli (FOTOLAR)

On min otağı var, amma bir nəfər qonağı yoxdu - Hitlerin tikintisi yarımçıq qalmış oteli (FOTOLAR)


22-06-2017, 18:25. Разместил: heqiqet On min otağı var, amma bir nəfər qonağı yoxdu - Hitlerin tikintisi yarımçıq qalmış oteli (FOTOLAR) İndi sizə təqdim edəcəyimiz otel Almaniyada yerləşir.
Almaniyanın Baltik Dənizinin sahilində yerləşən bu otel çoxlarının marağına səbəb olub. Təəccüb doğuran isə odur ki, Rüngen adıyla tanınan otelin 10 min otağı var amma heç bir nəfər də müştərisi yoxdur.
Dünyanın ən böyük oteli adını alan Rüngenin fərqliliyi isə hamını çaşdırır. Beş klometr uzunluğunda olan otelin 10 min otağı var. Otel 70 il əvvəl tikilib. Amma heç bir zaman müştərisi olmayıb. Bunun səbəbi isə alman lider Hitlerin buranı Prora adlandıraraq 1936-1939-cı illər də qurmasıdır.
Hitlerin başı müharibəyə qarışdığı üçün otelin təmirini başa vura bilməməsi onun heç bir zaman müştərisinin olmaması ilə nəticələnib. Bu tikintidə 9 min işçi işləyib. 1939-cu ildə otelin tikintisində işləyən işçilər oradan silah zavodlarına göndərilib. Hamburq şəhəri bombalanarkən bir çox insan bu otelə sığınmışdır. Müharibədən sonra Qərbi Almaniya tərəfindən bura qərargah kimi istifadə olunub. 1990-cı illərdə Almanların birləşməsindən sonra bu oteli tərk ediblər.

Vasif Əlihüseyn

On min otağı var, amma bir nəfər qonağı yoxdu - Hitlerin tikintisi yarımçıq qalmış oteli (FOTOLAR)On min otağı var, amma bir nəfər qonağı yoxdu - Hitlerin tikintisi yarımçıq qalmış oteli (FOTOLAR)On min otağı var, amma bir nəfər qonağı yoxdu - Hitlerin tikintisi yarımçıq qalmış oteli (FOTOLAR)On min otağı var, amma bir nəfər qonağı yoxdu - Hitlerin tikintisi yarımçıq qalmış oteli (FOTOLAR)On min otağı var, amma bir nəfər qonağı yoxdu - Hitlerin tikintisi yarımçıq qalmış oteli (FOTOLAR)
Вернуться назад