Video oyunlar yaşlıların beynini cavanlaşdırır
15-12-2017, 12:47. Разместил: heqiqet
Hippokamp - beyinin o hissəsidir ki, məlumatı saxlamaqda böyük rola malikdir. Hippokamp limbik sisteminin bir hissəsini təşkil edir. Bu sistem insanın hiss və xatirələri ilə rabitədədir.
Bu cür araşdırmalar əvvəllər ancaq 20 yaşlarında gənclərin üzərində aparılırdı. Lakin artıq psixoloqlar 55-75 yaşlı insanlara da diqqət yönəldiblər. Eksperimentin 33 iştirakçı 3 qrupa ayrılıb: Birinci qrup mütəmadi Super Mario-64 oynayıb, ikinci qrup fortepiano dərsləri alıb, üçüncülər isə heç nə etməyiblər.
Məlum olub ki, əvvəllər vaxt itkisi hesab olunan oyunlar əslində nəinki gənclərdə, hətta yaşlılarda beynin vəziyyətini yaxşılaşdırıb, musiqi ilə məşğul olanlarda isə (heç nə etməyən qocalardakı kimi) hissediləcək nəticələr görünməyib.
Hippokampda və beyincikdə (həmçinin motor funksiyasına və nitdən məsuldur) boz maddə artıb və sınaqdan keçənlərin qısamuüddətli yaddaşın göstəriciləri yaxşılaşıb.
Yüksək IQ və video oyunlarda qələbələr arasında rabitə York Universitetindən müəyyənləşdirib. Məlum olub ki, DOTA-2 kimi oyunlarda əla nəticə göstərən oyunçular ənənəvi zəka testlərində (məsələn IQ) daha yüksək qiymətlər alırlar.
Вернуться назад