DataLife Engine > maraqli > Qanadlı dinozavr qalığı tapılıb

Qanadlı dinozavr qalığı tapılıb


23-07-2015, 10:08. Разместил: heqiqet Qanadlı dinozavr qalığı tapılıb Dünyanın ən çox dinozavr qalığı olan bölgələrindən biri olan Çində daha yeni bir qalıq tapılıb.
Qalığı maraqlı edən isə həm qanadlarının olması, həm də tüklü olmasıdır.
Alimlərin “cəhənnəmdən gələn tüklü fino” adlandırdığı yeni növün uçub uçamadığı məchuldur.
Sürətli qaçıb, ətlə bəsləndiyi təxmin edilən dinozavrın təxminən 3 metr hündürlüyündə olduğu açıqlanıb.
Dinozavrın bədəninin, qanad və quyruğunun uzun tüklərlə örtülü olduğu bildirilib.
125 milyon il əvvəl yaşadığı təxmin edilən bu maraqlı varlığın qalığı, araşdırmalar üçün Edinburqa gətirilib.

Вернуться назад