DataLife Engine > maraqli > Qadın pilotlar ən çox hansı ölkədədir?

Qadın pilotlar ən çox hansı ölkədədir?


10-09-2018, 14:38. Разместил: heqiqet Qadın pilotlar ən çox hansı ölkədədir? Aviasiya Pilotlarının Beynəlxalq Assosiasiyasının məlumatına görə, qadın-pilotların sayına görə dünyada birinci yerdə Hindistandır.
Dünyada pilotların 5%-i qadınlardır, Hindistanda isə bu göstərici 13%-dir. Qeyd olunur ki, bu göstərici bir sıra Qərb ölkələrindəki göstəricidən 2 dəfə çoxdur, o cumlədən Böyük Britaniya (4,77%) və ABŞ (4,36%) daxil olmaqla.
Maraqlıdır ki, 2012-ci ildə Hindistan gender bərabərliyi baxımından böyük iyirmiliyin ən pis ölkəsi elan olunmuşdur.
Hal-hazırda Hindistanın aviasiya bazarı dünyanın ən sürətlə inkişaf edən aviasiya bazarlarındandır və ölkədə aviaşirkətlər pilot qıtlığı ilə üzləşirlər.
Вернуться назад