Bu kəndin uşaqlarının hər gözü bir rəngdədir
18-08-2015, 11:30. Разместил: heqiqet
Eyni məhəllədə yaşayan və bir gözü mavi, diğəri qəhvəyi rəngdə olan 2 ailənin 5 uşağı artıq neçə gündür medianın gündəmini zəbt edib.
Hacıkodal məhəlləsində yaşayan Xədicə-Mehmet Akyıl ailəsinin uşaqları - 7 yaşlı Yasin ilə 3 yaşlı Elif Akyıl dünyaya mavi və qəhvəyi gözlərlə baxmaları bir çoxlarını təəccübləndirir.
Eyni məhəllədə yaşayan Xədicə-Həsən Atlının uşaqları - 19 yaşlı Cəmilə, 15 yaşlı Nurcan və 22 yaşlı Xədicə Atlının da gözləri fərqli rənglərdədir. Uşaqların anası 2 övladının gözlərinin anadangəlmə ayrı rəndlərdə olduğunu bildirib.
Gözlərinin birinin mavi, digərinin isə qəhvəyi rəngdə olmasının uşaqlara heç bir problem yaşatmadığını dilə gətirən Akyıl “Çox şükür övladlarımın sağlamlığı yerindədi. 5 uşağımdan 3-ü normaldır. Onların gözlərinin rənginin anadangəlmə fərqli oçmasına görə heç bir tibb müəssisəsinə getmədik. Əksinə, övladlarımın gözlərinə baxanda fərəh hissi keçirirəm” - deyib.
Uşaqlar gözlərinin rənglərinin fərqli olmasının nadir hal olduğunu, bununla bağlı hər hansı sıxıntı yaşamadıqlarını dilə gətiriblər: “Biz hər kəs kimi normal görə bilirik. Məktəbdə isə sinif yoldaşlarımız sən rəngləri fərqli görürsən? – deyə soruşurlar. Fərqli gözlərə sahib olduğumuz üçün kənardakıların diqqətini cəlb edirik”.
Вернуться назад